Komandamız

Fərhad Hacızadə

Baş hüquqşünas

Azərbaycanda 24 ildən çox əsasən beynəlxalq layihələr üzrə hüquq məsləhəti təcrübəsinə malik olan Fərhad PAŞA İnvestments” şirkətinə 2021-ci ildə qoşulub. Şirkətə gəlməmişdən əvvəl o, bir sıra iri korporasiyalar və beynəlxalq konsaltinq şirkətlərində, müvafiq olaraq, korporativ hüquq xidmətinə və hüquq məsləhətçilər qruplarına rəhbərlik etmişdir.

Xüsusilə, Fərhad PwC hüquq məsləhət praktikasını yaratmış və ona rəhbərlik etmişdir. O, həmçinin Azercell Telekom-da hüquq departamentinin rəhbəri vəzifəsində çalışaraq orada hüquq və müqavilə idarəetmə funksiyalarının qurulmasına böyük töhfə vermişdir. O, həmçinin Dentons beynəlxalq hüquq firmasında Baş Müşavir vəzifəsində çalışmışdır.

Fərhad 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra Əqli mülkiyyət hüquqlarının müdafiəsi üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. O, həmçinin 2000/01-ci illərdə Turin Universitetində beynəlxalq ticarət və Əqli mülkiyyət hüququ üzrə magistr proqramını uğurla bitirmişdir.

Fərhadın əsas təcrübə sahələri müqavilələr, korporativ və təşkilat hüququ məsələlərini, o cümlədən enerji, bankçılıq, telekommunikasiya və FMCG sektorlarında mühüm sövdələşmələr, birləşmələr və alğı-satqıları əhatə edir.