Komandamız

Zaur Məlikov

İnvestisiyə üzrə menecer

Zaur 2018-ci ildən PAŞA İnvestments şirkətində işləyir. Bu şirkətə gəlməmişdən əvvəl  o, PAŞA Bankın Korporativ Kreditlərin Verilməsi və Strukturlaşdırılması komandasının rəhbəri olub. PAŞA Bankdakı karyerası ərzində o, müştərilərlə əlaqələr sahəsindən başlayaraq satış və maliyyə təhlili sahəsinə qədər müxtəlif vəzifələrdə işləməklə bank sahəsində dərin təcrübə qazanmışdır.

Zaur Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment üzrə bakalavr dərəcəsi alıb.