Komandamız

Yunis Tapdıqlı

Maliyyə analitik

Yunis 2023-cü ildən “PAŞA İnvestments” şirkətində çalışır. Şirkətə qoşulmazdan əvvəl “PAŞA Bank”-ın kredit risklərinin idarə edilməsi şöbəsində çalışıb və burada kredit portfelinin risklərinin qiymətləndirilməsi, risk büdcələməsi, stress testlərinin modelləşdirilməsi və risk hesabatlarının hazırlanması kimi layihələrdə iştirak edib.

Yunis ADA Universitetində biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsini və Qlobal Risk Peşəkarları Assosiasiyasından Maliyyə Risklərinin İdarə Edilməsi (FRM®) sertifikatı alıb.