Komandamız

Ülvi Bağırov

İnvestisiya üzrə Direktor

Ülvi 2014-cü ildən PAŞA İnvestments şirkətində işləyir. Şirkətə gəlməzdən əvvəl o, Azərbaycan Dövlət Neft Fondunda işləyib. Ülvi Neft Fondunda işləyərkən, risklər üzrə hesabat sistemini yaradıb, investisiyaların strateji bölüşdürülməsini həyata keçirib və üçüncü tərəf fond menecerlərinin seçilməsində zəruri riskləri qiymətləndirib.

Ülvi biznes dəyərinin müəyyənləşdirilməsi, maliyyə təhlili, portfelin idarə olunması, bazar və kredit risklərinin təhlili üzrə ekspertdir.

Ülvi magistr dərəcəsini Rotterdam Erasmus Universitetində, bakalavr dərəcəsini isə Qroningen Universitetində almışdır.